Onlayn ictimai-siyasi qəzet
Erməni lobbisinin Livandakı təmsilçiləri Azərbaycan səfirliyinin qarşısında təxribata cəhd ediblər.
"Report" TASS-a istinadən xəbər verir ki, təxribatın təşkilatçısı Ermənistanın "Daşnaksütyun" partiyasının yerli şöbəsi olub. Azərbaycanın Qarabağ bölgəsindəki separatçı qurumun özünü ləğv etdiyini elan etməsindən sonra 1500-dək erməni Azərbaycanın Livandakı səfirliyinə hücuma cəhd edib.
Onlardan bəziləri səfirlik binasına daş atmağa başlayıblar.
Polis etirazçıları səfirliyin qarşısından uzaqlaşdırıb. Bununla da ermənilərin növbəti təxribatının qarşısı alınıb.
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ