İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni vəkil: “Ermənistanda siyasi təqibləri birbaşa Argişti Karamyan həyata keçirir”

 

Armen Aşotyana qarşı siyasi təqibi birbaşa Argişti Karamyan həyata keçirir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş təhsil naziri, Serj Sərkisyanın partiyasında müavin,  hazırda həbsdə olan Armen Aşotyanın vəkili Tiqran Atanesyan öz Facebook səhifəsində yazıb.

“Bir neçə gün əvvəl yazdığım kimi, siyasi məhbus Armen Aşotyanın həbsi ilə bağlı qərardan verilən apellyasiya şikayətinə Apellyasiya Məhkəməsinin Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Artur Nahapetyan baxacaq.

Armen Aşotyana qarşı siyasi təqibi dövlətin başında duran, gigiyenik nöqteyi-nəzərdən adını səhifəmdə yazmamağa qərar verdiyim heyvan həyata keçirir.

Siyasi sifarişlər isə Ermənistanın İstintaq komitəsinin rəhbəri Argişti Karamyan tərəfindən verilir.  Bu adam həmin hakimin yaxın dostu və qudasıdır. Bunun əsasında bu gün hakimə etiraz etdim.

Təbii ki, etirazın hakim tərəfindən qəbul ediləcəyini və ya apellyasiya şikayətinin təmin oluna biləcəyini düşünəcək qədər sadəlövh deyiləm.

Armen Aşotyanın azadlığı uğrunda mübarizə, həmin gigiyenik qaydalara riayət etməyən heyvanı Armeni həbsdən buraxmağa və dövlətin idarəçiliyindən əl çəkməyə məcbur edəcək”,-deyə erməni vəkil yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR