Onlayn ictimai-siyasi qəzet
Bu gün Brüsseldə Avronest Parlament Assambleyasının plenar iclasında Ermənistan Parlamentinin sədri Alen Simonyan çıxış edərək Azərbaycanı Qarabağda guya etnik təmizləmə aparmaqda ittiham edib. Musavat.com bildirir ki, Simonyan erməni irsini dağıtmaqda ittiham edərək, “Dağlıq Qarabağ” terminindən də istifadə edib.
Daha sonra söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Tahir Mirkişili Ermənistan parlamenti spikerinin bu qərəzli çıxışını ç ox təəssüflə izlədiyini deyib. O, indiki sülh danışıqları atmosferində belə bir çıxışın dağıdıcı təsirə malik olduğunu, ne deputata, nə də spikerə yaraşmayan bir çıxış olmasını qeyd edərək, hər kəsin Azərbaycan-Ermənistan normallaşma prossesinə dəstək verməli olduğunu qeyd edib. Azərbaycanda “Dağlıq Qarabağ” adında regionun deyil, Qarabağ iqtisadi regionunun olduğu, Azərbaycanın heç vaxt heç yerdə etnik təmizləmə aparmadığı, Xankəndində bu gün də ermənilərin yaşadığı, Ermənistanın regionda nəhəng dağıntılar tötətdiyini və əraziləri mina ilə çirkləndiyini deyən Tahir Mirkişili Ermənistan spikerini son 30 ildə istifadə etdikləri leksikondan imtinaya və sülhə dəstək verən çıxış etməyə çağırıb.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ