İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan "soyqırım" iddiasından imtinaya çağırdı: "Bizə heç nə vermir!"

"Erməni soyqırımı" iddialarının beynəlxalq aləmdə tanınması Ermənistanın xarici siyasətinin prioritetləri sırasında deyil.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvana gələn türkiyəli jurnalistlərə deyib: "Rəsmi mövqeyimiz ondan ibarətdir ki, "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması bu gün Ermənistanın xarici siyasətinin prioritetləri sırasında deyil. Amma bu kontekstdə həmişə haqqında danışdığım məsələlər var - Ermənistanda və ermənilər arasında bu, şübhəsiz bir həqiqətdir, bizim reallıqda bunu nə inkar etmək, nə də unutmaq mümkün deyil".

Onun sözlərinə görə, uzaq ölkələrin hökumətləri və ya parlamentləri “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarlar qəbul edərkən, ermənilər ruhlanır: “Lakin növbəti anda sual yaranır: bu qərar real dünyada münasibətlərimizə nə verir? Bundan sonra gərginlik yarandıqda, bu, regionumuzda sülh və sabitliyə nə dərəcədə kömək edir? Sual yaranır ki, biz Ermənistanın dövlət maraqlarını necə və harada cəmləşdirməliyik və tarixi həqiqətləri harada cəmləşdirməliyik".

Onun sözlərinə görə, “bu böyük faciənin” baş verdiyi dövrdə respublika yox idi, “bu gün Ermənistan Respublikası mövcuddur”: “Və o, öz xalqının təhlükəsizliyini və rifahını təmin etmək qabiliyyətinə malikdir, lakin bunun üçün müəyyən şərtlər lazımdır. Biz regional sülh haqqında düşünməliyik və bu, tarixdən öyrənməli olduğumuz dərsdir".

2024-cü ilin aprelində Paşinyan Osmanlı Türkiyəsindəki "erməni soyqırımı" travmasının aradan qaldırılması və itirilmiş vətən axtarışlarını dayandırmağın vacibliyindən danışıb. Eyni zamanda Paşinyan “soyqırım” ifadəsi ilə yanaşı, erməni dilindən “böyük qırğın” kimi tərcümə olunan “meds eghern” ifadəsini də istifadə edən Ermənistanın ilk lideri oldu. Bu termin əsasən "erməni soyqırımı"nı tanımayan ölkələrin mesajlarında istifadə olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR