Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Araqçinin Ermənistana səfəri gözlənilir.
Musavat.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komitəsinin iclasında bildirib.
O, səfərin dəqiq tarixini açıqlamayıb, lakin bunun yaxın zamanda baş tutacağını qeyd edib.
Mirzoyan fevralda Cenevrədə Araqçi ilə görüşmək imkanı əldə etdiyini də vurğulayıb.
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ