İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan birtərəfli güzəşt yolu seçib” - Meloyan

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin məzmunu ilə bağlı razılaşmaya baxmayaraq, iki qonşu ölkə arasında sənədin faktiki imzalanma vaxtı və yeri qeyri-müəyyən olaraq qalır. Azərbaycan hələ də Ermənistan Konstitusiyasının preambulasına dəyişiklik edilməsi ilkin şərtindən imtina etməyib və rəsmi Bakının fikrincə, bu, Qarabağa iddialar nəzərdə tutur. “Zəngəzur dəhlizi” adlanan məsələ də həllini tapmayıb”.

Musavat.com xəbər verir ki, bu barədə erməni revanşist ekspert Tiqran Meloyan danışıb.

“Mediada bəzi təfərrüatlar barədə məlumat verilsə də, İrəvanla Bakı arasında sülh sazişinin məzmunu açıqlanmayıb. Bu, Ermənistanın Aİ-nin atəşkəs monitorinq missiyasını sərhəddən geri çəkməsi və beynəlxalq platformalarda qarşılıqlı iddialarını geri götürməsidir.

Sonuncu bir neçə ay əvvəl artıq bəlli olsa da, Aİ müşahidəçi missiyasının geri çəkilməsi sürpriz olub, çünki onların mandatı bu yaxınlarda daha iki il uzadılmışdı. Bundan sonra özünü strateji böhran vəziyyətinə salmış Avropa İttifaqından danışmaq olar”, - deyə Meloyan bildirib.

O hesab edir ki, Ermənistan tərəfi qarşılıqlı kompromis əvəzinə birtərəfli güzəşt yolunu seçib, lakin bu, məğlubiyyətə bərabərdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR