İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist deputat: "Qarabağda Ermənistanın taleyi həll olunur"  

Qarabağ mühasirədədir. Azərbaycan “antiterror” əməliyyatı keçirmək və Qarabağı ermənilərdən təmizləməklə hədələyir. Burada Ermənistanın gələcək taleyi həll olunur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu  barədə Ermənistan parlamentini revanşist deputatı müxalif “Hayastan” fraksiyasının üzvü Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

"Eyni zamanda, Ermənistanda tətil əhval-ruhiyyəsi artır. Bu, reallıqdan qaçmaqdır. Bu görünür, insanın normal reaksiyasıdır - qoy bu barədə psixoloqlar danışsın.

Ermənistanın siyasi elitasının əksəriyyətinin bunda günahı böyükdür, çünki onlar başa düşmürlər ki:

  1. Ermənistanın taleyi Qarabağda həll olunur,
  2. 90-cı illərdə milli azadlıq müharibəsi olub və məhz bu müharibənin nəticəsi sayəsində Ermənistan öz müstəqilliyini qoruyub saxlayır.

Elitanın əksəriyyəti bunu anlamadı və buna görə də cəmiyyətimizə hər şeyi izah etmədi. “Qarabağın Ermənistanın mövcudluğuna və inkişafına mane olduğu” barədə fikir formalaşdı (Nikol Paşinyan da məhz bu mühitin məhsuludur).

 “Xalqın baş naziri” İlham Əliyevdən Ermənistanın “kadastr kağızı” istəyir. Sonuncu isə Ermənistanı “Qərbi Azərbaycan” hesab edir.

Ermənistanı xilas etmək üçün Qarabağı erməni saxlamalı və onun azərbaycanlaşmasının qarşısını almalıyıq. Reallıqdan qaçmaq yaxşı hərəkət yolu deyil”, -deyə revanşist siyasətçi qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR