İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloqdan SENSASİON sözlər: “Ruslar Qarabağı tərk etsələr...”

“Ruslar başa düşürlər ki, Qarabağdan çıxsalar, Cənubi Qafqazı, Orta Asiyanı, Şimali Qafqazı və bütün Volqa hövzəsini itirəcəklər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Stepan Danielyan feysbuk səhifəsində yazıb.

“Məlum şəxsin (Nikol Paşinyan - red) nə etmək istədiyini bilməyənlərə başa salıram”, - deyə erməni ekspert fikrinə bu cümlə ilə başlayıb.

“Ruslar müqəddəs deyillər və bizim problemlərimizə görə əziyyət çəkmirlər. Problemlərini həll edirlər, türklərə bizim hesabımıza Ukraynada vəziyyət tam aydın olana qədər vaxt udmaq üçün güzəştə gedirlər. Lazım olan anda Türkiyədən qisas almaq istəyəcəklər, çünki Azərbaycan da, Türkiyə də qırmızı xətti keçib, rusların, iranlıların evinə girib, onların bütövlüyünü hədələyib. Dolayısı ilə ruslar başa düşürlər ki, Qarabağdan çıxsalar, Cənubi Qafqazı, sonra Orta Asiyanı, Şimali Qafqazı və bütün Volqa çayı hövzəsini itirəcəklər. Məlum adama gəlincə… Bu adamın Qarabağın, sonra Sünikin (amma artıq onun iradəsinə zidd) tam təslim olmasına dair razılaşması var. Niyə bunu edir? Bu, araşdırma məsələsidir. Hazırda baş verənlər bundan ibarətdir”, - deyə Stepan Danielyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR