İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: “Yeni ildən sonra təzyiqin başqa variantları da ola bilər”

“Laçın dəhlizi gec-tez açıla bilər. Ən qısa zamanda nəyisə razılaşdıracaqlar”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan mediasına müsahibəsində politoloq Aleksandr İskəndəryan deyib.Erməni ekspertin qeyd etdiyi kimi, tərəflərin gec-tez razılaşacağı yox, bunu necə edəcəkləri son dərəcə vacibdir. “Axı, onların açıq şəkildə tələbləri var. Və Ermənistanın bu tələblərə razı olub-olmayacağı mənim üçün sualdır. Qarabağdan söhbət getmir”, - deyə politoloq əlavə edib. İskəndəryanın fikrincə, Qarabağı Ermənistanla birləşdirən marşrutun açılması heç də o demək deyil ki, “Bakı Laçın dəhlizinin sonradan bağlanması ilə yeni, daha ciddi təxribat xarakterli addımlar atmayacaq”. Politoloqun iddiasına görə, yeni bloklama daha uzun və daha çətin ola bilər.

“Bu dəfə guya ekoloqlar var idi. Ən azından onları belə təqdim edirlər. Növbəti dəfə filatelistlər və pulemyotlu tibb bacısı olacaq. Bu o qədər də vacib deyil. Əsas odur ki, problem var və aradan qalxmayıb. Bu, şübhəsizdir. Yeni ildən sonra təzyiqin başqa variantları da ola bilər - daha sərt”, - İskənfəryan deyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR