İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq “birtərəfli öhdəliklərin” Ermənistan üçün nə demək olduğunu açıqlayıb


“Azərbaycanın informasiya sahəsində belə bir fikir dolaşır: “Ermənistan birtərəfli qaydada Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı və anklavları onun tərkibində tanıdığını yazılı şəkildə təsdiqləyib. Bunun Ermənistan üçün hansı nəticələr verəcəyi gələcəkdə görünəcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Ara Poqosyan Facebook səhifəsində yazıb.

"Birtərəfli öhdəlik" nə deməkdir? Bu o deməkdir ki, Azərbaycanın heç bir öhdəliyi yoxdur və Azərbaycan Qranadada müzakirə olunanlara görə özünü məsul tutmur.

Lakin Ermənistan nümayəndəsi yazılı öhdəlik götürdüyünə görə, Azərbaycan bunu həmişə danışıqlar masasında xatırladacaq. Üstəlik bundan sonra yeni tələblər, yeni arqumentlər gətiriləcək”,-deyə Poqosyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR