Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Ankaradakı Prezident Kompleksində Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimi regional və dini birlik baxımından diqqət çəkib.
Konstantinopol Erməni Apostol Kilsəsinin Patriarxlığı tərəfindən yayılan rəsmi məlumata görə, 27 mart 2025-ci il tarixində keçirilən mərasimdə İrəvan Erməni Patriarxı II Saak da iştirak edib.
Musavat.com -un topladığı məlumatda bildirilir ki, tədbirdə Türkiyədə fəaliyyət göstərən müxtəlif dinlərin nümayəndələri, o cümlədən pravoslav, katolik və yəhudi icmalarının təmsilçiləri də yer alıb. Prezident Ərdoğanın dini azlıqlara göstərdiyi diqqəti və birgə dəyərlərin önəmini vurğuladığı çıxışı mərasimin əsas diqqət mərkəzi olub.
Mərasimdə dialoq və tolerantlıq mesajları ön plana çıxıb. Ərdoğanın dini liderlərlə səmimi söhbətləri və gülümsər anları kameraların obyektivinə əks olunub.
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ