İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni müxalifəti son barıtlarını atır-Hamını mitinqə dəvət etdilər

İyunun 9-da saat 18:30-da İrəvanın Respublika meydanında “Müqəddəs hərəkat”ın geniş mitinqi keçiriləcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Müqəddəs Mübarizə” adı deyilən hərəkatın Telegram kanalında məlumat yayılıb.

“O, qələbəmiz üçün son dərəcə vacibdir. Bu gün arxiyepiskop Baqrat Qalstanyan vəziyyəti dəyişəcək mühüm çıxış edəcək. Xahiş edirik sosial şəbəkələrdəki səhifələrinizdə insanları iyunun 9-da Respublika Meydanına gəlməyə təşviq edən posterlər paylaşın. Həmin gün meydanda 100 min insan lazımdır. Minimum",-deyə elanda bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR