İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni əsilli siyasətçi Zəngəzur dəhlizindən narahat oldu- Gürcü mediasına müraciət etdi

Gürcüstanlı beynəlxalq münasibətlər üzrə ekspert və erməni əsilli siyasətçi Georgi Tumaşyan News.ge-yə verdiyi müsahibədə gürcü mediasına müraciət edərək bildirib ki, “Zəngəzur dəhlizi” terminindən istifadə Ermənistanın suverenliyini pozur.

Musavat.com xəbər verir ki, Tumaşyan açıqlama verib ki, guya ABŞ-da marşrutun yeni adı üçün məhz bu mübahisəli ifadələrə görə konsepsiya hazırlanıb. Layihə TRIPP (Trump Route for International Peace and Prosperity — Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) adlandırılıb.

Ekspert təklif edib ki, əgər bu üslubdan istifadə olunacaqsa, marşruta Sünik yolu/marşrutu” adı verilsin, amma bölgənin adı dəyişdirilməməli və “dəhliz” anlayışı işlədilməməlidir.

Tumaşyan əlavə edib ki, bu məsələ prinsipialdır, çünki bütün müzakirələr Ermənistan ərazisində ekstraterritorial dəhlizin yaradılmaması üzərində qurulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR