İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: Paşinyanın KTMT ilə bağlı sözləri ağılsızlıqdır

Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından təhdid hesab etməsi ilə bağlı açıqlamaları son dərəcə təşviş doğurur və onun tələsik və ehtiyatsız siyasətinə uyğundur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir ABŞ-ın Lihay Universitetinin (Pensilvaniya ştatı) professoru Arman Qriqoryan bildirib.

“Mən Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişindən, xüsusən də 2020-ci il müharibəsindən sonra onun xarici və milli təhlükəsizlik siyasətinin davamlı tənqidçisi olmuşam”, - deyə, beynəlxalq münasibətlər üzrə ekspert bildirib.

“Onun Ermənistanı Rusiyadan uzaqlaşdıraraq Qərbə yönəltmək kimi düşünülməmüş və ehtiyatsız siyasəti mənim diqqətimi yönəltdiyim və tənqid etdiyim məsələlərdən biri olub. Bu səbəbdən onun açıqlamalarını son dərəcədə təşvişdoğurucu hesab edirəm”, - deyə, ABŞ-da yaşayan erməni politoloq bu sözləri işlədib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR