İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: “Ermənistanda Rusiya əleyhinə təbliğata külli miqdarda vəsait xərclənir”

"Ermənistanda anti-Rusiya təbliğatına külli miqdarda vəsait xərclənir, yalnız bir təşkilat hər il bu məqsədlər üçün 5-6 milyon ABŞ dolları ayırır".

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu iddia Stenford Universitetinin siyasi elmlər doktoru, erməni politoloq Artur Xaçikyan tərəfindən səslənib.

“Bu təbliğat effektiv mexanizmdən istifadə edir: həqiqətin yalnız bir hissəsi alınır, onun haqqında daim danışılır, lakin ümumi kontekstdən təcrid olunur. Nəticədə kimsə Qərbin Ermənistan üçün heç nə etmədiyini demir. Eyni zamanda, yalnız rusların nəyisə etdiyi, amma bunun mənfi yönləri vurğulanır”, - deyə o, yerli “İsor” proqramının efirində bildirib.

Xaçikyanın sözlərinə görə, 2020-ci ildə Rusiya Ermənistanda ondan gözlənilənlərin cəmi 40%-ni yerinə yetirə bilib. “Lakin fakt faktlığında qalır-Rusiya müharibəni dayandırıb, Rusiya sülhməramlılarının mövcudluğu Qarabağ ermənilərinin qalmasına imkan verir. Süniki xilas edən də rus ordusudur. Ermənistana təyyarə ilə yardım göndərən də Rusiyadır”, - deyə Xaçikyan qeyd edib.

Xaçikyanın fikrincə, Ermənistanda qərbyönlü təbliğatçılar insanları inandırmağa çalışırlar ki, Rusiya regionu tərk edərsə, Qərb dərhal Ermənistanın müdafiəsinə qalxacaq. “Onların dediyinə inansaq, ABŞ qoşunları 8 dəqiqəyə (Rusiya geri çəkildikdən sonra) buraya gələcək, göyərtəsində Makron və Pelosi olan Fransa donanması dərhal Göyçə gölündə peyda olacaq. Gəlin bunları uşaqlara yatmazdan əvvəl söyləyək. Qərb bizə xəyanət edib və bu, göz qabağındadır”-deyə Xaçikyan söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR