İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: Ermənistan hakimiyyəti Türkiyənin bütün tələblərini yerinə yetirib

“Ermənistan hakimiyyəti Ankaranın son 30 ildə İrəvan qarşısında qoyduğu bütün tələbləri yerinə yetirir. Bununla onlar Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışırlar”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir yerli ekspert Suren Sarkisyan tərəfindən fevralın 20-də Qarabağda separatçı hərəkatın başlanmasının 35 illiyinə həsr olunmuş konfransda səslənib.

O, Türkiyənin həmişə Ermənistandan Dağlıq Qarabağı Azərbaycana verməyi və qondarma “erməni soyqırımı”nı tanımaqdan imtina istədiyini xatırladıb.

“Mövcud şəraitdə ABŞ Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyir. Birləşmiş Ştatlar öz mövcudluğunu strateji müttəfiqi-Türkiyə vasitəsilə təsdiqləmək üçün regiondakı problemlərin həllinə dəstək verəcək”, - deyə, erməni politoloq qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR