İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: “Ərdoğan Atatürkün siyasətini təkrarlayır”

“9 noyabr 2020-ci il tarixli bəyanat əslində Rusiya-Türkiyə razılaşmasının nəticəsi idi və onun simvolu Ağdam Monitorinq Mərkəzinin yaradılmasıdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Stepan Danielyan feysbuk səhifəsində yazıb.

“Bu bəyanat həm də Ermənistanda hakim “Vətəndaş sazişi” partiyası üçün hakimiyyətin təminatına çevrildi. Ermənistanın baş naziri Nikol Paşinyanın və partiyasının gücü Rusiya ilə Türkiyə arasında uzlaşmanın nəticəsidir.

Lakin bu kompromis artıq dağılmağa başlayıb. Azov komandirlərini Ukraynaya verməklə Ərdoğan Putinlə razılaşmanı pozdu. Bundan başqa, Türkiyə artıq Ukraynaya ağır artilleriya göndərilməsi imkanlarını müzakirə edir, İsveçin NATO-ya daxil olmasına razılıq verib, həmçinin Azərbaycanda, o cümlədən Xəzər dənizi sahillərində 3 hərbi baza yerləşdirməyi planlaşdırır və s. Ərdoğan Atatürk siyasətini təkrarlayır, Rusiyadan mümkün olan hər şeyi alıb, orada da dividend almaq üçün Qərbə üz tutur”, - deyə Danielyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR