İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni diplomatdan Azərbaycan və Türkiyə ilə bağlı ÇAĞIRIŞ: “Dayandırın!”

“Siyasət meydanındakı halımız acınacaqlı, biabırçı vəziyyətdədir. İqtidar-müxalifət, bütün siyasi elita bu gün Azərbaycan və Türkiyə ilə münasibətlərin düzəlməsinə köklənib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan prezidentinin xüsusi məsələlər üzrə keçmiş səfiri David Şahnazaryan deyib.

“Bir ideya, bir proqram yoxdur. 2020-ci ildən başlayaraq müxalifətin fəaliyyəti dövründə iqtidar kifayət qədər güclənib, 2018-ci ildə gətirdikləri bütün proqramları həyata keçirmək üçün onlara yaşıl işıq yandırılıb. Bu qüvvə 2018-ci ildə Rusiyanın bir hissəsi olduğu geosiyasi konsensus nəticəsində hakimiyyəti ələ keçirib. Həmin konsensus (Qərb) Paşinyan hökumətini iki əli ilə dəstəkləyir”, - deyə Şahnazaryan bildirib.

Onun sözlərinə görə, müxalifət heç də indiki iqtidarı devirməyə cəhd etməyib, Paşinyanın həyata keçirdiyi proqramı reallaşdırmaq üçün məhz bu gücü əldə etmək istəyib. “Deyirlər: biz danışıqlar aparan tərəfi dəyişməliyik, amma biz eyni gündəliyi həyata keçiririk. Əslində hakimiyyətin uzaqlaşdırılması proqramı olmayıb, sadəcə hakimiyyətə gəlmək məqsədləri olub. Siyasi sahədə siyasət görmürəm, bunların hamısı dələduzluqdur. Bir hissəsi Rusiyanın maraqlarını müdafiə edir, Ermənistanın maraqlarını pozur, digər hissəsi isə əksinə. Ermənistanın maraqlarının müdafiəsi yoxdur. Bu gün bizim gündəmimiz Azərbaycan və Türkiyə ilə bütün danışıqların dərhal dayandırılmasını tələb edir”, - deyə Şahnazaryan söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR