İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatdan sərsəm iddia: “Ankara Qarabağdakı prosesləri idarə edir”


“Türkiyənin fəallaşması hakimiyyətin yeritdiyi siyasətin nəticəsidir ki, bu da mahiyyət etibarı ilə Ankaranın Bakı ilə İrəvan arasındakı münasibətlərə qarışması üçün qapı açıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində eyni adlı müxalifət  fraksiyasının üzvü Artur Xaçatryan məlumat verib.

Sərsəm fikirlərinə davam edən deputat deyib ki, indi Türkiyə öz şərtlərini diktə etməklə yanaşı, təkcə üçüncü ölkə kimi deyil, artıq qarşıdurmanın birbaşa iştirakçısı kimi çıxış edir:

"Ankara həmişə İrəvanla münasibətləri Bakı ilə bağlı qurmağa çalışıb. Əvvəllər Ermənistan hakimiyyəti həmişə bundan yayınmağa çalışır və bu cür cəhdlərə müqavimət göstərirdi. Bu komandanın hakimiyyətə gəlməsi ilə əvvəllər (Ermənistan üçün-red.) təhlükə hesab edilənlər reallığa çevrildi. Bu gün artıq digər ölkələr Türkiyə ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edirlər. Bu yaxınlarda (Aİ prezidenti) Mişel və (Türkiyə prezidenti) Ərdoğan arasında baş verən söhbəti xatırlayaq. Türkiyə həmişə “bir millət, iki dövlət” prinsipinə sadiq olduqlarını bəyan edib, lakin Ermənistan hakimiyyəti Türkiyənin müdaxiləsinə imkan verməməli idi. Ən əsası budur ki, Türkiyə artıq Azərbaycan-Ermənistan münasibətinə də nəzarət edir”, - deyə o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR