İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatdan sərsəm BƏYANAT: “Hərbi əməliyyatlara əl atmalıyıq”

“10 noyabr bəyanatının müddəalarının həyata keçirilməsini təmin etmək üçün əsas missiya Rusiya sülhməramlılarının üzərinə düşür, lakin bu o demək deyil ki, Ermənistan əl-qolunu sallayıb kənara çəkilməlidir. Hökumət soydaşlarını qorumaq üçün hərbi əməliyyatlara başlamağa borcludur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sərsəm bəyanatı jurnalistlərlə söhbətində “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan səsləndirib.

“Lazım gələrsə, Azərbaycana müharibə elan etməliyik. Nə etməliyik? Bu yol təcili olaraq çox sərt tədbirlərlə açılmalı, üstəlik, ermənilərin Qarabağı tərk etməməsi üçün bütöv bir təminat sistemi tətbiq edilməlidir. Çünki Ermənistan Qarabağda ermənilərin yaşamaq hüququnu qorumaq üçün öz üzərinə aydın öhdəliklər götürüb”, - deyə o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR