İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: "Paşinyan eyni vaxtda iki kresloda otura bilməz"

"Tutaq ki, Aİ-yə üzvlüklə bağlı referendum keçirdilər və 95% insanlar da buna razılaşdı. Siz gözləyirsiz ki, Avropa İttifaqı bizə qapıları açacaq?"

Musavat.com xəbər verir ki, bu sözlər erməni revanşist deputat Artur Xaçatryanın yerli jurnalistlərə müsahibəsində səslənib.

"Mən Avropa İttifaqından Ermənistanın yaxın gələcəkdə üzv ola biləcəyi ilə bağlı heç bir işarə görmədim. Bu qanunun qəbul ediləcəyi, Ermənistanın Aİ-yə üzv olacağı barədə xalqı çaşdırmağa çalışmasınlar. Eyni vaxtda iki kresloda oturmaq olmaz.

Elə Rusiya da Paşinyanın demək istəmədiyini deyir. Biz Rusiyanı tərk etməkdən danışırıq, amma harada, bilmirəm, çünki Ermənistanın qərbində Türkiyə yerləşir. Paşinyan Rusiyanı tərk edərək Türkiyəyə doğru gedir. Hakan Fidanın son bəyanatı, Türkiyənin Ermənistanla Avropa İttifaqı arasında körpü ola biləcəyi ilə bağlı açıqlamaları bunu göstərir. Onlar (Paşinyan) sadəcə olaraq xarici siyasət vektorunu dəyişirlər və Rusiyanın təsirini Türkiyənin təsiri ilə əvəz etməyə çalışırlar", - deyə erməni deputat bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR