Onlayn ictimai-siyasi qəzet
“Fransız silahları əlbəttə ki, müasirdir. Problem ondadır ki, onların bizdəki sistemlərlə nə dərəcədə uyğunlaşdığını anlamaq lazımdır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində “Şərəf duyuram” parlament fraksiyasının katibi Tiqran Abramyan danışıb. Revanşist siyasətçi Fransadan gətirilən silahların Ermənistan ordusunun döyüş qabiliyyətini artıra biləcəyinə şübhə ilə yanaşıb.
Onun sözlərinə görə, radarlar və hava hücumundan müdafiə sistemləri əsasən müxtəlif situasiyalarda bir-biri ilə əlaqəli fəaliyyət göstərir, əlaqələndirilmiş hərəkətlərin olmaması heç bir halda effektivliyi təmin etməyəcək.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ