İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni daşnaklar Türkiyə ilə münasibətlərin düzəlməsinə qarşı olduqlarını bildirdilər

 

“Ermənistan cəmiyyəti Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına mənfi münasibət bəsləyir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Daşnaksütyun partiyasının gənclər təşkilatının liderlərindən Sarine Abramyan bəyan edib.

Erməni daşnak bu sözləri  İstanbulda keçirilən Sosialist Gənclərinin Beynəlxalq İttifaqının (IUSY) rəhbərliyinin görüşündə bildirib. Həmin görüşdə Türkiyədən Cümhuriyyət Xalq Partiyasının gənclər təşkilatı iştirak edib.

Sarine Abramyan Türkiyənin 44 günlük müharibədə Azərbaycana dəstək verməməli olduğunu bildirib.

Erməni funksioner hətta  Türkiyənin xarici siyasəti ilə, xüsusən də Qarabağ məsələsində regionda sabitliyi pozduğunu söyləyib.

Bundan başqa daşnaklar Türkiyə Böyük Millət Məclisində təmsil olunan, PKK terror təşkilatının siyasi qanadı  Xalqların Demokratik Partiyasının (HDP) gənclər təşkilatının nümayəndələri ilə Türkiyə hakimiyyətinin “azlıqlara qarşı təqib və təzyiqlərini” müzakirə ediblər.

Qeyd edək ki, görüşlə bağlı təqdim olunan fotoda CHP İstanbul millət vəkili Ünal Çeviköz gözə dəyir. Bu adam vaxtilə Azərbaycanda səfir olub. 44 günlük müharibədə isə Türkiyənin Azərbaycana dəstək göstərilməsinə qarşı çıxıb.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR