İnsanlara hürriyət, millətlərə istiqlal!

"Erməni bizimlə növbəti qarşıdurmaya girsə, sarsıdıcı zərbə alacaq" - Qabil Hüseynlidən SENSASİON AÇIQLAMA

"Erməni bizimlə növbəti qarşıdurmaya girsə, sarsıdıcı zərbə alacaq".

Musavat.com xəbər verir ki, bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə "Tv Müsavat"ın efirində yayımlanan "Canlı Debat" verilişində politoloq Qabil Hüseynli deyib. 

Onun sözlərinə görə, Fransanın və ola bilsin ki Amerikada müəyyən dairələrin bunlara təsiri olduğunu hesabdan silmək olmaz. Amma ortalıqda onların sözlərini doğruldacaq konkret bir iş yoxdur: "44 günlük müharibədə Azərbaycan ordusu Ermənistan ordusunun texniki heyətinin 85 faizdən çoxunu məhv etdi. Elə şəxsi heyətin də çoxu sıradan çıxarıldı. Məhz buna görə də, Ermənistan ordusunu komplektləşdirməyə çağırışçı sayı çatmır. İki milyon əhalinin yaşadığı bir ərazidə onların arzu etdikləri və güya müasir, möhtəşəm ordu quracaqları haqda fikirlər daha çox blef xarakteri daşıyır"

Professor vurğulayıb ki, Azərbaycan ordusunda yeni qoşun növləri - dağ komanda qoşun növü, quru qoşunları yaradılır. Üstəlik, indiyə qədər mövcud olan müxtəlif xüsusi təyinatlı qoşunlar, hərbi hava qüvvələri və s. hamısı yenidən qurularaq NATO standartlarına uyğunlaşdırılır. 

Ətraflı verilişdən təqdim etdiyimiz hissədə: 

Tv Musavat "Youtube" linki: https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR