Onlayn ictimai-siyasi qəzet
“6 il evli qaldım. Amma boşana bilmirəm. İş məhkəmədədir”.
Musavat.com xəbər verir ki, bu sözləri aktrisa Cəmilə Tağızadə “Elgizlə izlə” verilişində deyib.
O, boşanmaq üzrə olduğu həyat yoldaşından danışıb:
“Anlaşmalı deyil, çəkişməli boşanmadır. Ərim boşamır məni. Məhkəmə İstanbulda davam edir. Həyat yoldaşım barışmaq istəyir, amma mən barışmaq istəmirəm. 40 yaşı var. Mən onun üçüncü həyat yoldaşıyam. Çox qısqanc idi. Deyir, balkona çıxma. 5-də evdə ol. Pərdələri bağlı saxlayırdı. Xəsis idi, mənimlə deyil, dostları ilə gəzirdi”.
Qeyd edək ki, Cəmilə Tağızadə “Cehizsiz gəlinlər” serialı ilə populyarlıq qazanıb. O, türkiyəli estetik cərrah Murad Temizlə evlənib. Cütlüyün bir oğlu var.
Könül
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ