Onlayn ictimai-siyasi qəzet
BMT Təhlükəsizlik Şurası sentyabrın 20-də Livanda rabitə vasitələrində qeydə alınan partlayışlarla bağlı iclas keçirəcək.
Musavat.com Əl-Cəzirəyə istinadən xəbər verir ki, bu məlumatı Sloveniyanın BMT-dəki daimi nümayəndəsi Samuel Zboqar açıqlayıb.
Onun sözlərinə görə, Əlcəzair ərəb dövlətləri adından iclasın keçirilməsini istəyib. Xatırladaq ki, dünən və bu gün Livanın bütün ərazisi partlayış dalğası ilə sarsılıb. Dünən Hizbullahın istifadə etdiyi peycerlər partladılıb. Partlayış nəticəsində 12 nəfər ölüb, 3000-ə yaxın adam yaralanıb.
Livan KİV-lərinin məlumatına görə, bu gün ölkənin müxtəlif yerlərində daşınan rabitə vasitələri partlayıb. Bu partlayış dalğası nəticəsində 9 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. İran və Hizbullah partlayışlarda İsraili günahlandırıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ