İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ərə gedəndən sonra kişi xeylağı soruşur ki, nə vaxt...”

"Hər şey çox ciddiləşəndə elə bil ki, ağırlaşır. Amma ailə qurandan sonra məndə rahatlıq yarandı. Daha da mənə enerji gəlib. Elə bil ki, üstümdə yük vardı, o, üstümdən düşüb. Əsas da budur, özümü belə rahat hiss edirəm".

Bu sözləri müğənni Səidə Sultan qonaq olduğu "Günaylı gün" verilişində deyib.

Sənətçi bildirib ki, ailə qurması ilə bağlı efirdə ona ünvanlanan suallardan tənqə gəlib:

"Azərbaycanda hamı səni görən kimi eyni sualı verir: "Niyə ərə getmirsən?" İnsan bu suallardan və söhbətlərdən bezir. Efirə çıxırsan, yalnız ərdən danışırlar. Neçə illərdir ki, artıq yaşım 40-a yaxınlaşır, amma hələ də mənə ərdən sual verirlər və danışırlar. Mən nə edim ki, bu ər mövzusu olmasın, danışılmasın? Bu həyatda elə bir yol seçmədim ki, mütləq şəkildə kiməsə mən ərə getməliyəm və camaata nəsə sübut etməliyəm. Həyat mənimdir, özüm bilərəm. Qismət belə oldu: "Səidə toyunu et..." Çox şükür. İndi isə məndən soruşurlar ki, nə vaxt övladın olacaq?

Cavab verirəm ki, bəsdi, xahiş edirəm, bu söhbətləri etməyin. Hətta bir də görürsən ki, kişi xeylağı soruşur ki, nə vaxt uşağın olacaq? Adə, sən yekə kişisən, bu söhbətlər nəyinə lazımdır".

Qeyd edək ki, S.Sultan ötən ilin sentyabrında kimliyini açıqlamadığı, lakin illərdir ki, dost münasibətində olduğu şəxsə ərə gedib./bizim.media

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR