Onlayn ictimai-siyasi qəzet
“Tatarıstanın rəisi Rüstəm Minnixanov Moskvanın təzyiqi altındadır. Moskvadakı mənbələr respublika rəhbərindən beynəlxalq fəaliyyətini azaltmağı tələb edən siqnallar göndərir”. Musavat.com xəbər verir ki, bu barədə kompromat.ru nəşri yazır.
“Kreml Tatarıstanın federal gündəliyi nəzərə almadan xarici əlaqələr yaratmasından, beynəlxalq forumlarda iştirak etməsindən və xüsusilə müsəlman ölkələri ilə fəal qarşılıqlı əlaqələr qurmasından narazıdır” deyə, iddiada bildirilir.
Bildirilir ki, Minnixanovun bu yaxınlarda Türkiyəyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla ayrıca görüşü Kremldə əlavə suallar yaradıb. “Səfər müvafiq federal strukturların iştirakı və ya koordinasiyası olmadan həyata keçirilib və bu, Tatarıstanın paralel xarici siyasət kursu formalaşdırdığına dair şübhələri artırıb. Mərkəz bunu birbaşa təhlükə kimi qəbul edib” deyə, xəbərdə bildirilir.
O da iddia olunur ki, Rusiya Federasiyasının subyekti olan Tatarıstanın guya müstəqil siyasəti Moskvada qıcıq doğurur. Bu səbəbdən Kazan rəbərinin səlahiyyətlərinin və xarici siyasət təşəbbüslərinin “yumşaq şəkildə məhdudlaşdırılması” müzakirə edilir.
Bu məhdudlaşdırma Tatarıstanın xaricdəki əsas diplomatik və ticarət-iqtisadi nümayəndəliklərində rotasiya, beynəlxalq platformalarda iştirakın azaldılması, habelə respublikanın yüksək vəzifəli məmurunun səfərləri və görüşlərinə federal nəzarətin gücləndirilməsi daxil ola bilər.
O da iddia olunur ki, Minnixanovun Türkiyə, İƏT ölkələri və ərəb monarxiyaları ilə əlaqə kanallarına xüsusi diqqət yetirilir. Moskva subyektlərin xarici siyasətinə, xüsusən də həssas sahələrə nəzarəti gücləndirmək niyyətindədir.
Beləliklə, görünən odur ki, Moskva əlavə hay-küy yaratmadan milli subyektlərə nəzarəti gücləndirmək niyyətindədir. Bu səbəbdən ən güclü və inkişaf etmiş Tatarıstanın və onun nüfuzlu rəhbəri Minnixanovdan başlamaq qərarı verilib.
Türkiyə prezidenti Ərdoğanla görüşə gəlincə, prezident nazirlərlə görüşündə Tatarıstan rəhbərinin Ankarada olduğunu öyrənib. Prezidentə məlumat verilib ki, Tatarıstan rəhbəri Rüstəm Minnixanov Ankarada işgüzar səfərdədir. Bundan xəbər tutan Rəcəb Tayyib Ərdoğan Rüstəm Minnixanovu görüşə dəvət edib. Türkiyə lideri BRİKS-də iştirak etmək üçün Kazana səfərini hərarətlə xatırlayıb. O əlavə edib: “Mən sizin səylərinizi böyük hörmətlə müşahidə edirəm və Rusiya ilə İslam dünyası ölkələri arasında əlaqələrin inkişafına verdiyiniz töhfəni qeyd etmək istəyirəm”, – deyə Ərdoğan bildirib.
07 Iyul 2025
06 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ