İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirildi

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Təxminən 3 saat davam edən görüşdən sonra yazılı açıqlama yayılıb.

Açıqlamada 6 fevralda baş verən zəlzələlərdən zərər çəkmiş əyalətlərdə həyatın normallaşdırılması məsələsi diqqət mərkəzində olub.

Bəyanatda Yunanıstanla ikitərəfli münasibətlərdə müsbət ab-havanın qorunub saxlanılmasında qərarlılıq, terror əməliyyatlarının davam etdirilməsi əzmi və mayın 14-də keçiriləcək seçkilərin təhlükəsizliyi məsələsi də yer alıb.

Həmçinin, Rusiya-Ukrayna müharibəsində Qara dəniz təhlükəsizliyinin təmin edilməsi və humanitar böhranların həlli üçün lazımi işlərin davam etdirilməsi qərara alınıb.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR