İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA

Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzaya hücumlarına sərt reaksiya verib.

Musavat.com "Milliyet"ə istinadən xəbər verir ki, "Bu vəhşiliyi izah edəcək bir anlayış yoxdur" - deyən Ərdoğan "Hər kəsin təhlükəsizliyini təmin edəcək yeni mexanizmlər üzərində işləyirik", - deyə bildirib.

Ərdoğan Qazaxıstanın paytaxtı Astanada keçirilən Zirvə görüşündə bir sıra önəmli mesajlar da ötürüb.

"Qlobal çağırışlarla mübarizəmizdə ən mühüm gücümüz türk dünyasının birliyi, həmrəyliyidir. Bu həqiqəti son zamanlar rastlaşdığımız bir çox hadisələrdə görmüşük və görürük.

Can Azərbaycan Vətən müharibəsindən sonra Qarabağda 30 illik işğala tamamilə son qoydu. Biz bu tarixi nailiyyətdən qürur duyuruq. Beləliklə, biz regionumuzda daimi sülhə bir addım yaxınlaşmışıq. Açılan fürsət pəncərəsindən yararlanmaq bizim ən böyük arzumuzdur. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Dəhlizin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək", - Türkiyə prezidenti vurğulayıb.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR