İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan Putinə SON DƏQİQƏ ev sahibliyi TƏKLİFİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında baş tutan telefon danışığının yeni təfərrüatları məlum olub.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Ərdoğan Rusiya ilə Ukrayna arasında davam edən müharibədə sülh danışıqlarına ev sahibliyini təklif edib.

O, Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq xoşniyyətli addımların sülh prosesinə töhfə verəcəyini və Türkiyənin Qara dənizin münaqişə bölgəsinə çevrilməsinin qarşısını almaq üçün üzərinə düşəni etməyə davam etdiyini bildirib.

Bundan başqa, Türkiyə lideri Suriya məsələsində Rusiya ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Suriyada sülh və sabitliyin təmin olunması üçün Ankara və Moskva koordinasiyalı hərəkət etməlidir.

Qeyd edək ki, bu gün dövlət başçıları arasında telefon danışığı olub.  (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR