İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğana qarşı yeni xain plan: Türkiyəni yayadək nə gözləyir - detallar

“Vahid namizəd fikrində razılaşsaq, birinci turda ən azı, 60 faiz səslə qalib gələcəyik”.

Belə bir iddia ilə HDP-nin Diyarbəkir üzrə deputatı, erməni əsilli Qaro Paylan çıxış edib. Onun sözlərinə görə, seçkilərə vahid namizəd seçimi ilə bağlı işlərə artıq başlanılıb.

“İlk seçimimiz "Altılıq masası" ilə ortaq namizəd təyin etməkdir. İYİ Partiya ilə bir araya gəlmək HDP üçün çətin addım olacaq. Nə onlar bizi sevir, nə də biz onları sevirik. Ancaq bağrımıza daş basacağıq. “Altılıq masası”na razılaşma ilə bağlı çağırış edirəm. Düşünürük ki, “Altılıq masası” prezidentliyə namizədi müəyyən edəcəksə, heç olmasa yol xəritəsi ilə bağlı təkliflərini ortaya qoymalı, eyni zamanda HDP-nin təklifləri ilə də razılaşıb hərəkət etməlidir. Seçiləcək namizəd də nüfuzlu biri olmalıdır", - Paylan bildirib.

Doğrudanmı “Altılıq”ın vahid namizədi elə ilk turdaca hakim “Cümhur ittifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğana qalib gələ bilər? Paylan müxalifətin şansını şişirtmir ki?

Bu arada, yəni seçkilərə 6 aydan bir qədər çox qalmış rusiyalı politoloq Vladimir Jarixin sensasion sayılacaq ehtimal irəli sürüb. Deyib ki, Vaşinqton seçkilərədək Türkiyədə dövlət çevrilişinə stimul verə bilər.

Onun sözlərinə görə, ABŞ-ın Türkiyə hökuməti üzərində təsir rıçaqları mövcuddur. O, Vaşinqtonun hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı devirmək üçün dövlət çevrilişinə cəhd edəcəyini bildirib. Bu barədə “Free Press” nəşri məlumat yayıb.

Politoloqa görə, Amerika Ərdoğana qarşı bir neçə üsuldan istifadə edə bilər.

“O sırada Türkiyədə keçiriləcək prezident seçkilərini poza bilər. Yaxud daxili müxalifəti dəstəkləməklə elə edə bilər ki, Ərdoğan seçkilərdə qalib gəlməsin. Əgər belə "dinc" üsullar uğursuz olarsa, onda ABŞ-ın hərbi çevriliş etmək üçün ölkənin silahlı qüvvələrinə təsir göstərməyə başlaması tamamilə mümkündür", - deyə ekspert əlavə edib.

Bəs Vaşinqton gerçəkdənmi 2016-cı il rüsvayçılığından sonra təzədən çevrilişə cəhd edə bilər? (Bu, Türkiyə Respublikası tarixində ilk baş tutmayan hərbi çevrilişdir).

Yada salaq ki, xaricdən dəstəklənən sonuncu hərbi çevriliş cəhdi 2016-da olub. Ankara buna görə hələ də ABŞ-ı və onun Pensilvaniya ştatında yaşayan əlaltısı Fətullah Güləni suçlu bilir.

Qardaş ölkədə prezident və parlament seçkiləri gələn il iyunun 23-də keçiriləcək. Seçkilər pozula, yaxud müxalifət namizədi ABŞ-ın dəstəyi ilə ilk turdaca qalib gələ bilərmi?

Ermənistan öz ərazisində məğlubiyyət ağrısını hiss etməsə ağıllanmayacaq”- Əhəd  Məmmədli - Editor.az

Əhəd Məmmədli: “Müxalifət hesablayıb ki...”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Ərdoğanın seçkilərin elə birinci turundaca qalib gələcəyini düşünür: “Rəqiblər tərəfindən seçkiqabağı bu cür rəylər o məqsədi daşıyır ki, insanları yönləndirə bilsinlər, bir basqı yaratsınlar, seçkilərdən əvvəl nəticələri bəlli edib səsvermədə artıq insanları fikirlərini dəyişdirməyə sövq etsinlər. Bu cür fikirlərin ələlxüsus da xain HDP-nin erməni deputatı tərəfindən səsləndirilməsi çox güman ki, əvvəlcədən hazırlanmış psixoloji təsir formasıdır, Türkiyə xalqına bir basqıdır. Türkiyədə son bələdiyyə seçkilərində HDP ən çox səs itirdi. Bütün bu reallıqlara uyğun olaraq düşünmürəm ki, HDP-nin, PKK-nın bu qədər səsi var ki, onun dəstəklədiyi namizəd 60 % yığa bilsin. Təbii ki, bu absurd bir fikirdir. Müxalifət vahid namizədlə belə çıxsa, düşünürəm ki, birinci turda belə uduzacaqlar. İqtidarın vahid namizədi var. Dünya lideri səviyyəsində yetişən Rəcəb Tayyib Ərdoğandır. Müxalifətin isə heç vahid namizədi yoxdur. Çox güman ki, heç olmayacaq da. Müxalifət hesablayıb ki, namizədlər ayrı-ayrı gedəcək və sonra Ərdoğan birinci turda 50 faiz səsi keçə bilməyəcək, sonra ikinci turda vahid namizədlər iştirak etsin. Güman ki, bunların planı budur. AK Partiyanın bu qədər az səslə göstərilməsi də əvvəlcədən planlaşdırılıb. Düşünürəm ki, AK Partiya istər siyasi, istərsə də iqtisadi baxımdan ciddi addımlar atacaq. Onsuz da üstün olan vəziyyəti daha da yüksək səviyyəyə çatdıracaq. O ki qaldı ABŞ-ın yenidən hərbi çevrilişə əl atmasına, bu mənə inandırıcı görünmür. Türkiyə 2016-nın Türkiyəsi deyil. Ərdoğan iqtidarı tam ölkəyə nəzarət edir. ABŞ bu cür riski alıb Türkiyə ilə münasibətləri daha da mənfiyə yönəltməz. Ukrayna ərazisində bir ABŞ-Rusiya qarşıdurması gedir. Bu cür vəziyyətdə düşünürəm ki, Vaşinqtona düşmən deyil, dost Türkiyə lazımdır. Təbii ki, Ağ Evdə Ərdoğansız Türkiyə istəyirlər, amma istək və arzular başqa şey, reallıqlar başqa şeydir. Reallıqlar isə ABŞ-a AK Parti Türkiyəsi ilə dostluq etməyi məsləhət görür. Əgər ABŞ Türkiyədə hakimiyyəti yenə qeyri-qanuni yollarla dəyişməyə cəhd etsə və uğursuzluğa düçar olsa, bu, Ankaranın Moskva ilə tam yaxınlaşmasına gətirib çıxara bilər. Düşünmürəm ki, Türkiyənin tamamilə itirilməsi ABŞ-ın maraqlarına cavab verir. Türkiyə NATO-nun ikinci ordusudur, Avroatlantik ittifaqın cənub falanqasıdır. Və bu cür mühüm müttəfiqi ələlxüsus da indiki halda Amerika itirmək istəməz. Lakin bu o demək deyil ki, Ankara diqqətli olmamalıdır. Əksinə, indiki vəziyyətdə Ərdoğan və AK Parti iqtidari ikiqat diqqətli və hər an gələ biləcək təhlükənin qarşısını almağa hazır olmalıdırlar”.

Qərbin demokratikləşdirmək istədiyi Şərq ölkələri - acı nəticələr və real  durum...

Kənan Rövşənoğlu: “Ərdoğanın yenidən qalib gəlməsi ehtimalı yüksəkdir”

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu da indiki vəziyyətdə Ərdoğanı şanslı görür: “Türkiyədə prezident seçkilərinə 6 aydan bir qədər çox vaxt qalıb. Artıq belə demək olar ki, seçki prosesi başlayıb. Müxalifət isə ötən ildən yeni və daha geniş bir koalisiya yaratmağa çalışır. Söhbət ondan gedir ki, müxalifət daha geniş bir koalisiya qurmaqla Türkiyədə hazırkı siyasi sistemi dəyişməyi qarşısına məqsəd qoyub. Söhbət prezident üsul-idarəsindən yenidən parlament sisteminə geri dönməkdən gedir. Bu çağırışa cəmiyyətin və siyasi qüvvələrin - müxalifətin - daha geniş spektrə cavab verdiyi üçün hazırkı 6 partiyadan ibarət koalisiyanın daha da genişlənməsi mümkündür. Güman edirəm ki, əsas problem vahid namizədin müəyyən olunması ilə bağlıdır. Təbii ki, xaricdə də, xüsusən də Qərbdə Türkiyənin hazırkı iqtidarını istəməyən qüvvələr var. Onlar da seçkilər qabağı hansısa addımları ata bilər. Ancaq zənn eləmirəm ki, Türkiyədə hərbi çevriliş və ya buna bənzər fors-major vəziyyət yaransın. Hazırkı iqtidar müəyyən problemlərə rəğmən hələ çox güclüdür. Ərdoğanın reytinqi yüksəkdir, AKP hələ də ən iri siyasi qüvvədir, böyük - 20 illik seçki təcrübəsi var. Bu mənada qarşıdakı dövrdə hər hansı gözlənilməz hadisə baş verməsə, Ərdoğanın yenidən qalib gəlməsi ehtimalı yüksəkdir. Lakin dediyim kimi, bu, qarşıdakı 6 ayda Türkiyədə baş verəcək hadisələrdən asılıdır. Türkiyə siyasəti dinamikdir, hər an dəyişiklik ola bilər. Ona görə də 6 aylıq müddəti nəzərə almaq lazımdır”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

Elxan Şahinoğlu: “Qardaş ölkədə hakimiyyət dəyişikliyi baş versə belə...”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu seçkilərdə əsas seçimi türk vətəndaşının özü edəcəyini söylədi: “Türkiyədə artıq seçki kampaniyası demək olar ki, başlayıb. Rəqabət gedir. Bugünlərdə Türkiyə müxalifəti "Altılıq masa" deyilən qruplaşma bir tədbir də keçirdi. Türkiyədə hansı işləri görəcəklərini açıqladılar. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan mitinqlər keçirir. Üç gün öncə Şanlıurfada böyük bir mitinq keçirdi. Faktiki olaraq rəqabət artıq başlayıb. Türkiyə xalqının özü həm prezidenti, həm də parlamentin quruluşunu müəyyənləşdirəcək. Buna heç bir dövlət qarışa bilməz. Düzdür, Qərbdə bəzi dairələr Ərdoğanın məğlubiyyətini arzulayırlar. Hətta Amerika Prezidenti Co Bayden namizəd olarkənj urnalistə belə bir fikir  söyləmişdi ki, gərək Türkiyə müxalifətinə dəstək verək ki, Ərdoğan devrilsin. Bu, əlbəttə daxili işlərə birbaşa qarışmaqdır. Müxalifət üçün də əsas olan odur ki, xaricdən dəstək almasın. Çünki cəmiyyət belə bir siyasi yönü heç zaman dəstəkləməz. Qardaş ölkədə keçmişdə bir neçə hərbi çevriliş oldu. Bunların arxasında da Amerikadakı müəyyən dairələr dayanırdı. Son qiyamda da Fətullah Gülənin arxasında Amerikanın gizli kəşfiyyatı dayanırdı. Amma bir nəticə hasil olmadı. Türkiyə güclü dövlətdir. Ona görə də qardaş ölkədə hakimiyyət dəyişikliyi baş versə belə, Qərbin əlində yenə də bir alət olmayacaq. Türkiyə müstəqil siyasətini yürütməlidir. Avrasiyada da çəkisi artıb. Ona görə də Amerikadakı bəzi dairələr qeyri-konstitusion yollarla iqtidarın dəyişməsini arzulaya bilərlər. Amma bu artıq mümkün deyil. Bu, müxalifət üçün də faydalı olmaz. Əsas seçkidir və gərək seçkilərdə tərəflər öz güclərini göstərsinlər. Türkiyə vətəndaşı özü müəyyən edəcək ki, onun prezidenti və parlamenti necə olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR