İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan və Zelenski RƏSMƏN ELAN ETDİ: Ukrayna Türkiyə və BMT ilə birlikdə...

Taxıl sazişinin müddəti uzadıldı

Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov Qara dəniz taxıl sazişinin 120 gün müddətinə uzadılacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, o bu barədə öz Twitter hesabında paylaşım edib.

"Ukrayna prezidenti Zelenski, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin müdafiə naziri Hulusi Akar və BMT-nin baş katibi Antonio Quterreş qlobal ərzaq böhranı istiqamətində daha bir mühüm addım atıblar", - Kubrakov yazıb.

Nazir məsələ ilə bağlı əlavə məlumat verməyib.

Qeyd edək ki, “Taxıl sazişi”nin vaxtı noyabrın 19-da başa çatır.

ZELENSKİDƏN AÇIQLAMA GƏLDİ

WhatsApp Image 2022-11-17 at 14.25.32.jpeg (30 KB)

Ukrayna prezidenti Zelenski də taxıl müqaviləsinin 120 gün uzadılacağını bəyan edib.

 "Ukrayna ərzaq böhranına qarşı Ərdoğan və Quterreşlə birlikdə mühüm qərar qəbul etdi. Türkiyə və BMT-dən rəsmi açıqlama gözləyirik"- Ukrayna lideri deyib.

Digər tərəfdən, Türkiyənin təhlükəsizlik mənbələri Ukraynanın açıqlamasının niyyət bəyannaməsi olduğunu bildirir:

"Taxıl təşəbbüsünün uzadılması ilə bağlı qərar görüşlər tamamlandıqdan sonra açıqlanacaq".

ƏRDOĞAN ELAN ETDİ

WhatsApp Image 2022-11-17 at 14.25.32 (1).jpeg (56 KB)

Prezident Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsinin uzadılması ilə bağlı Twitter hesabında paylaşım edib.

“Türkiyənin ev sahibliyi etdiyi dördtərəfli danışıqlar nəticəsində Türkiyə, Birləşmiş Millətlər Təşkilatı, Rusiya Federasiyası və Ukrayna arasında alınan qərara uyğun olaraq 19 noyabr 2022-ci il tarixindən etibarən Qara dəniz Taxıl Dəhlizi Sazişinin müddəti 120 gün uzadılıb" - paylaşımda deyilir.

Türkiyə lideri digər paylaşımında BMT-nin baş katibinə, Rusiya və Ukrayna prezidentlərinə təşəkkür edib:

“Son 4 ayda 500-ə yaxın gəmi vasitəsilə 11 milyon tondan çox taxıl və ərzaq məhsullarının ehtiyac sahiblərinə çatdırılması bu razılaşmanın dünyanın ərzaq təminatı və təhlükəsizliyi baxımından nə qədər əhəmiyyətli və faydalı olduğunu göstərdi. Mən Birləşmiş Millətlər Təşkilatına, Baş Katib cənab Quterreşə, Rusiya prezidenti Putinə və Ukrayna prezidenti cənab Zelenskiyə sazişin müddətini uzatmaq istəyinə görə minnətdarlığımı bildirmək və əməyi olan hər kəsi təbrik etmək istəyirəm. Uğurlar".

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR