İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: “Ukraynadakı münaqişənin Moskva və Kiyev arasında danışıqlar yolu ilə həllinin tərəfdarıyıq”

“Türkiyə Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinin tərəfdarıdır”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz Ukrayna ilə Rusiya arasında danışıqlar masası arxasında sülhün mümkün qədər tez bərqərar olmasını istəyirik”, - Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan bildirib ki, Ankara Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların bir neçə raundunun keçirildiyi İstanbulda danışıqları bərpa etmək istəyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR