İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Türkiyədə "Ağ inqilab" hazırlayır! Hökumətin 60 faizi...

Haqqin.az mötəbər qaynaqlara istinadən yazır ki, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasında (AKP) böyük kadr dəyişiklikləri gözlənilir.

Musavat.com rus dilində hazırlanan materialı özətləyərək, vurğulayır ki, öncəliklə böyük şəhərlərdə - İstanbul və Ankara şəhərlərində AKP-nin rəhbər strukturlarında dəyişikliklərin olması planlaşdırılır. Məlumata əsasən, AKP-nin ümumilikdə təxminən 60%-lik rəhbər strukturu yenilənə bilər.

Haqqin.az yazır: Adətən, əvvəlcə partiya rəhbərliyində dəyişikliklər həyata keçirilir, daha sonra isə hökumət kabinetində dəyişikliklər elan edilir. Lakin bu dəfə prosesin ənənəvi ssenari üzrə inkişaf edib-etməyəcəyi hələ ki, bilinmir.

Bununla yanaşı, hökumətdəki mümkün dəyişikliklər də diqqət mərkəzindədir. Xatırladaq ki, ötən il keçirilən prezident seçkilərindən sonra prezident Rəcəb Tayyib Ərdoğan nazirlər kabinetini tamamilə yeniləmiş, yalnız iki nazir öz vəzifələrini saxlamışdı. Hazırkı hökumət kabinetində kardinal dəyişikliklərin gözlənilmədiyi bildirilsə də, AKP-nin qurultayından əvvəl cəmiyyətdə narazılıq doğuran bəzi nazirlərin vəzifədən azad edilə biləcəyi istisna edilmir.

Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini elan etdi - ANS - Xəbərlər

Ərdoğanın bəyanatları ilə yanaşı, sosial şəbəkələrdə yayılan nazirlik vəzifələri ilə bağlı məlumatların bəzi lobbist qrupların təsiri altında olduğu ehtimal edilir. Bu qruplar Türkiyə Cümhuriyyəti tarixindən bəri siyasi proseslərdə ciddi təsir gücünə malikdirlər və öz maraqlarını təmin etmək üçün bu məlumatları yayımlayırlar.

Ərdoğan Nazirlər Kabinetinin iclasını çağırdı

Ekspertlərin diqqətini çəkən məqamlardan biri də sosial şəbəkələrdə yayılan bəzi siyahılarda daxili işlər naziri Ali Yerlikayanın adının olmamasıdır. O, Ərdoğanın ən etibarlı müttəfiqlərindən biri kimi tanınır və son bir ildə narkotik ticarəti, terrorizm və mafiyaya qarşı apardığı mübarizə ilə seçilib. Türkiyə polisi Ali Yerlikayanın rəhbərliyi ilə həm ölkə daxilində, həm də xaricində trans-milli mafiyaya qarşı uğurlu əməliyyatlar həyata keçirib və bu, həm ictimaiyyət, həm də siyasi elita tərəfindən yüksək qiymətləndirilib.

Buna baxmayaraq, prezident Ərdoğanın bəyanatından sonra sosial şəbəkələrdə hazırkı kabinetin 80 faizinə qədər nazirin dəyişdiriləcəyini iddia edən üç fərqli “qara siyahı” yayıldı. Bu anonim siyahıların tərtibçiləri, görünür ki, Ərdoğanın qadın nazirlərə xüsusi diqqət ayırdığını unudublar və bir dənə də olsun qadın adı siyahıya daxil etməyiblər. Bununla yanaşı, hər üç siyahıda dəyişməz olaraq dörd nazirin – Hakan Fidan, Yaşar Gülər, Mehmet Şimşek və Murat Kurumun adları yer alır.

Mehmet Şimşek ve Hakan Fidan'dan farklı mesajlar! Türkiye'nin BRICS  tavrında son durum...

Şimşek və Fidan dəyişdirilməyəcək


Sosial şəbəkələrdə yayılan "komplo nəzəriyyələri"nə baxmayaraq, aparıcı siyasi şərhçilər əmindirlər ki, Türkiyədə bir ildir fəaliyyət göstərən hökumətdə kardinal dəyişikliklər olmayacaq. Onların fikrincə, Ərdoğanın gözlənilən dəyişikliklərlə bağlı bəyanatları uzunmüddətli perspektivdə nəzərdə tutulub. Prezidentin mümkün dəyişikliklər barədə məlumatlara yalnız ən yaxın güvəndiyi şəxslərlə məsləhətləşdiyi və onun üçün əlverişli olan vaxtda qərar qəbul etdiyi məlumdur.

Ərdoğanı uzun müddətdir müşahidə edən siyasi analitiklər xatırladır ki, o, il yarımdan çoxdur hökumətdə genişmiqyaslı dəyişikliklər həyata keçirmir. Əgər ayrı-ayrı nazirlərin işində problemlər yaranarsa, Ərdoğan onları operativ şəkildə yeni namizədlərlə əvəz edir. Onlar vurğulayırlar ki, Türkiyə liderinin qərar vermə tərzinə virtual və ya etibarsız məlumatlar əsasında addımlar atmaq yaddır.

Beləliklə, Türkiyə hökumətində dəyişikliklər nazirlik üzrə “oyunlardan” deyil, Rəcəb Tayyib Ərdoğanın şəxsi siyasi üstünlüklərindən irəli gəlir.

Mənbə: Haqqin.az

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR