İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq üçün hər cür səy göstərir

Azərbaycanlı qardaşlarımız sülh istəyən tərəf olduqlarını dəfələrlə nümayiş etdiriblər və biz Ermənistan rəhbərliyindən də eyni münasibəti gözləyirik.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə bildirib.

"İşğal altında olan 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı razılaşmanı alqışladıq.Türkiyə olaraq qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik", - Ərdoğan qeyd edib.

Türkiyə lideri Azərbaycanla əlaqələrin səviyyəsini yüksək qiymətləndirib və buna misal olaraq Türkiyənin zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin tikintisi layihəsini qeyd edib:

"Kahramanmaraşda azərbaycanlı qardaşlarımızın zəlzələdən sonra tikdiyi evlərə sarsılmaz qardaşlıq bağının simvolu kimi baxırıq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR