İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan razılığa gəldi: İsveçin NATO-ya üzvlüyü...

İsveçin NATO-ya üzvlük protokolu tezliklə Türkiyə Böyük Millət Məclisinə təqdim olunacaq.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristersson ilə ev sahibliyi etdiyim görüşdən sonra Prezident Ərdoğanın İsveçin üzvlük protokolunun tezliklə Böyük Millət Məclisinə təqdim olunması və ratifikasiyasını təmin etmək barədə razılıq verdiyini bildirməkdən şadam. Bu bütün NATO müttəfiqlərini daha güclü və təhlükəsiz edən tarixi addımdır”, - o qeyd edib.

Qeyd edək ki, Türkiyə NATO-nun Rusiyanın mümkün hücumundan müdafiə planına da razılıq verib. Ankara Kiprlə bağlı məsələni səbəb göstərərək plana veto qoyurdu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR