İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Putinlə danışdı: 3-cü Dünya Müharibəsinin qarşısı alınacaqmı?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər Fələstin-İsrail münaqişəsini müzakirə ediblər, o cümlədən gərginliyin yayılmasının qabaqlayıcı tədbirləri ətrafında fikir mübadiləsi aparıblar.

Türkiyə Prezidenti mülki obyektlərin vurulmasından narahatlığını ifadə edib.

Ərdoğan Türkiyənin bölgədə əmin-amanlığı təmin etməsi üçün hər cür təşəbbüsləri göstərməyə davam edəcəyini bildirib. 

Telefon danışığında Putin və Ərdoğan vurğulayıblar ki, Yaxın Şərq böhranının uzunmüddətli sülh yolu ilə həlli yalnız müstəqil Fələstinin yaradılması ilə mümkündür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR