İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Putinə Türkiyənin Suriya ilə bağlı prioritetini açıqlayıb

Türkiyə üçün Soçi razılaşmasına uyğun olaraq Suriya sərhədləri boyunca 30 km enində zolağın terrorçulardan təmizlənməsi prioritetdir.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Rəcəb Tayyib Ərdoğan Suriya ərazisindən terrorçuların Türkiyə ərazisinə atəş açmağa davam etdiklərini nəzərə çatdırıb.

Eyni zamanda Türkiyə Prezidenti taxıl dəhlizi çərçivəsində digər ərzaq məhsullarının, tədricən digər malların da ixracı yönündə də işlərə başlanıla biləcəyini vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR