İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: “Putin və Zelenski ilə daim əlaqə saxlayıram”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə daim əlaqə saxladığını bildirib.

“Report” xəbər verir ki, bu barədə o, Türkiyənin paytaxtı Ankarada səfirlərlə şam yeməyində bildirib.

“Mən münaqişəni dayandırmaq üçün səmimi səy göstərirəm. İnanıram ki, ədalətli sülh mümkündür”, - Türkiyə dövlətinin başçısı qeyd edib.

Daha əvvəl Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki, Rəcəb Tayyib Ərdoğan münaqişənin həllini müzakirə etmək üçün ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparmaq niyyətindədir.

Qeyd edək ki, martın 25-də Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan telefonla Ukraynadakı vəziyyəti müzakirə ediblər. Ərdoğan bildirib ki, Ankara münaqişədə tərəf olmayacaq və Ukrayna ilə bağlı vəziyyətdə olduğu kimi sülh yolu ilə nizamlanmanın tərəfdarı olmaq niyyətindədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR