Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən gecə Almaniyanın Maqdeburq şəhərində Milad bazarında baş verən hadisəni pislədiyini deyib.
"Report" xəbər verir ki, Prezident bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Dünən gecə Almaniyanın Maqdeburq şəhərində Milad bazarına edilən mənfur hücumu qətiyyətlə pisləyirəm. Hücumda həyatını itirənlərin ailələrinə, dost Almaniya xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram", - paylaşımda deyilir.
Qeyd edək ki, Almaniyanın Maqdeburq şəhərində avtomobilin izdihamın üstünə sürülməsi nəticəsində 5 nəfər ölüb, 205 nəfər xəsarət alıb.
21 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ