İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Kahramanmaraşda Azərbaycan xilasedicilərinin axtarış-xilasetmə işləri ilə tanış olub

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan zəlzələnin baş verdiyi Kahramanmaraş şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının axtarış-xilasetmə işləri ilə tanış olub.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, FHN-in Xüsusi Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov Azərbaycan xilasedicilərinin fəaliyyət barədə məruzə edib.

Qeyd edək ki, hazırda Azərbaycan xilasediciləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Onlar Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından azı 26 nəfəri sağ, 49 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR