İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: “İsveçin NATO-ya üzvlüyü ilə bağlı proses davam edir”

“İsveçin NATO-ya üzvlüyü ilə bağlı proses davam edir”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu iyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammitindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, toplantı zamanı bu məsələ müzakirə olunub: “Mövqeyimiz məlumdur. Siyasətimizi davam etdirəcəyik. İsveçin NATO-ya üzvlüyünü Türkiyə Böyük Millət Məclisi təsdiqləyəcək”.

Ərdoğan söyləyib ki, rəsmi Ankara öz mənfəətlərinə uyğun addımlar atacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR