İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan ELAN ETDİ - Bu il sevindirici xəbərlər olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Nazirliyinin Arifiye Kampusu BMC Zavodunda yeni nəsil "Fırtına" Haubitsasının təslim mərasimində iştirak edib.

Musavat.com xəbər verir ki, Ərdoğan 2023-cü ildə müdafiə sənayesi sahəsində çoxlu sevindirici xəbərin veriləcəyini bildirib.

"2023-cü ili digər sahələrdə olduğu kimi müdafiə sənayesində də dönüş nöqtəsi etmək əzmindəyik. 2023-cü il hər kəsi qürurlandıracaq qədər xoş xəbərlərlə dolu bir il olacaq" - Türkiyə lideri bəyan edib.

Prezident Ərdoğan yeni nəsil fırtına haubitsalarının üstünlüklərindən danışıb:

"Haubitsalarımızın sağ qalma qabiliyyəti və atəş gücü artırılıb. Qazanılan əlavə imkanlar arasında yanğına nəzarət, sursatların avtomatik doldurulması, yanğınsöndürmə, yeni nəsil köməkçi güc elementi var. Fırtına haubitsalarını gücləndirən sistemlərlə xaricdən asılılıq azalıb. Bu haubitsalarımızda 2025-ci ildən etibarən inkişaf etdiriləcək mühərrik və transmissiyadan istifadə edəcəyik. Müdafiə məmulatlarının ixracında zaman-zaman rastlaşdığımız lisenziya məsələsini də kökündən həll edəcəyik".

Ərdoğan bildirib ki, Türkiyə pilotsuz dronlar və silahlı PUA istehsalında dünyada ilk 3-4 ölkə arasındadır:

"İxrac sahəsində qürurverici mənzərənin şahidi oluruq. 20 il əvvəl 248 milyon dollar olan müdafiə ixracatımız keçən il 4,4 milyard dollarla rekord qırdı. 5-6 il əvvəl dünyanın ən yaxşı 100 müdafiə şirkəti siyahısında 2 şirkət var idisə, bu gün həmin siyahıda 7 şirkətlə təmsil olunuruq. Pilotsuz dronlar və silahlı PUA istehsalında istehsalında dünyada ilk 3-4 ölkə arasındayıq. Zəif və cahil insanların qarayaxma kampaniyalarına baxmayaraq, bizim dronlarımız bütün dünyada həsədlə izlənir. Dünyada PUA-ların döyüş üsullarını dəyişirik. "Fırtına" haubitsalarımızla xüsusilə sərhədlərimizin xaricindən ölkəmizi hədəf alan terror təşkilatlarının kabusa çevrilir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR