İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan dünya çempionatının açılışında - Foto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “Əl-Beyt” stadionunda keçirilən futbol üzrə Dünya Çempionatının açılış mərasimində iştirak edib.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, dövlət başçısı Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, həmçinin digər dövlət və hökumət başçıları ilə birlikdə tədbiri izləyib.

Açılış mərasimindən sonra Qətər-Ekvador matçını izləyən Ərdoğan Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə bir müddət danışıb.

Açılış mərasimindən əvvəl verilən ziyafətdə Ərdoğanın söhbətləşdiyi liderlər arasında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman da olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR