İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: Bu dövlət mütləq yaranacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuat qarşısında çıxış edərək bir sıra mühüm açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Ərdoğan həm Fələstin məsələsinə toxunub, həm də Türkiyənin əldə etdiyi iqtisadi uğurları vurğulayıb.

Prezident Fələstin mövzusunda qəti mövqeyini ifadə edərək deyib: “Paytaxtı Şərqi Qüds olan müstəqil, suveren Fələstin dövləti mütləq qurulacaq. Rəbbim bu mübarək günlərin hörmətinə məzlum Fələstin xalqına yardımçı olsun”.

Ərdoğan çıxışında, hakimiyyətə gəldikləri 2002-ci ildən bəri əsas məqsədlərinin xalqa xidmət olduğunu bir daha vurğulayıb: “2002-ci ildən bu yana siyasətimizdəki əsas məqsədimiz insanımıza xidmət olub. ‘Əsər və xidmət siyasəti’ adlandırdığımız bu prinsipdən heç vaxt güzəştə getmədik. Biz ötəri uğurlara deyil, ölkəmizə və millətimizə uzunmüddətli fayda gətirəcək qalıcı nailiyyətlərə fokuslanmışıq”.

2024-cü ilin uğurları

Prezident Ərdoğan 2024-cü ilin Türkiyə üçün bir çox sahədə, xüsusilə xarici ticarətdə rekordlarla dolu olduğunu qeyd edib. Bölgədəki və dünyadakı böhranlara baxmayaraq, Türkiyənin xarici ticarət həcminin 2024-cü ilə nisbətən 2,5% artaraq 262 milyard dollara çatdığını vurğulayıb.

Ərdoğan insan mərkəzli idarəetmə anlayışının vacibliyini qeyd edərək, Türkiyənin daxili və beynəlxalq uğurlarını daha da irəli aparmaq üçün işlərinin davam etdiyini bildirib.

Nazirlər Kabinetinin iclası zamanı həm daxili siyasət, həm də beynəlxalq məsələlərdə yeni strategiyalar müzakirə olunub. Prezident çıxışında, Türkiyənin həm öz regionunda, həm də dünyada daha böyük hədəflərə doğru irəliləyəcəyini vurğulayıb. 

Mənbə: https://www.cgtnturk.com/erdogan-bir-gece-ansizin-yine-gelebiliriz

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR