İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Bakı ilə İrəvan arasındakı sülhdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi səylərini dəstəklədiyini açıqlayıb.

O, bunu Türkiyə, Rusiya , Azərbaycan, Ermənistan və İran xarici işlər nazirlərinin Transqafqazda əməkdaşlığın inkişafı üzrə “3+3” regional platforması çərçivəsində keçirilən görüşünün iştirakçıları ilə danışıqlarda deyib.

Ərdoğan Türkiyənin regional problemlərin dialoq yolu ilə həlli üçün yaradılmış platformaya böyük əhəmiyyət verdiyini və bunun Cənubi Qafqazın simasının davamlı sülhə doğru dəyişməsini təşviq etdiyini bildirib.

Türkiyənin Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin edilməsinə yönəlmiş səylərə hər cür dəstəyi verməyə davam edəcəyini qeyd edən Ərdoğan bölgədəki inkişafın əməkdaşlığın və həmrəyliyin gücləndirilməsini zəruri etdiyini və platformanın institusional struktura çevrilməsinin dialoq mexanizmini daha təsirli edəcəyini vurğulayıb.

Qeyd edək ki, Gürcüstan təmsilçisi görüşdə iştirak etməyib.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR