Almaniya kansleri Olaf Şolts Rusiyanın "Oreşnik" ballistik raketini Ukraynanın ərazisinə atmasını "qorxulu eskalasiyadır" olaraq qiymətləndirib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, o, bu addımın müharibənin nə qədər təhlükəli olduğunu bir daha ortaya qoyduğunu vurğulayıb.
"Putin orta mənzilli raketlərdən istifadə edərək Ukrayna ərazisini hədəf aldı. Bu, qorxulu eskalasiyadır, eləcə də daha əvvəl məlum olduğu kimi, Şimali Koreya hərbçilərinin də işə cəlb edilməsi də məsələnin ciddiliyini göstərir", – deyə Şolts açıqlama verib.
ŞƏRHLƏRŞƏRH YAZ