Onlayn ictimai-siyasi qəzet
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın "Oreşnik" raketini tətbiq etməsinə verdiyi reaksiyanı şərh edərkən, "Zelenski qorxdu, yəqin ki, bu, faydalı nəticədir" -deyə bildirib.
Musavat.com xəbər verir ki, Lavrov çıxışında ABŞ Prezidenti Cozef Baydenin Rusiyaya qarşı daha sərt hərbi addımlar atmaq qərarını şərh edərək, Baydenin bu addımlarının "növbəti administrasiyaya pis bir irs buraxmaq" məqsədi güddüyünü vurğulayıb.
Rusiya XİN rəhbəri, Baydenin Ukrayna ilə bağlı siyasətini, gələcək prezident Donald Trampın işini "çətinləşdirmək" və ona maneə yaratmaq məqsədilə həyata keçirdiyini söyləyib.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ