İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Ataşovanın İnstagram səhifəsi geri qaytarıldı – məsələyə beynəlxalq təşkilatlar qarışıb  

 

Azərbaycandakı saxta diplomlu həkimlərlə bağlı paylaşımlar etdikdən sonra  İnstagram hesabı bağlanan jurnalist Qənirə Ataşova səhifəsini geri qaytara bilib.

Musavat.com bildirir ki, bu barədə jurnalist öz İnstagram hesabında məlumat verib və tezliklə izləyicilərin görüşünə gələcəyini deyib.

Tanınmış tele-aparıcı Nigar Mahmudova bununla bağlı paylaşımında qeyd edib:

“Qənirə Ataşovanın İnstagram səhifəsi açıldı. Məsələyə beynəlxalq təşkilatlar qarışıb. Bu barədə təfərrüatları özü açıqlayacaq”.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan səhiyyə sistemindəki problemlərlə bağlı paylaşdığı yazılar səbəbindən Qənirə Ataşovanın hesabına hücum edilmişdi. Bu üzdən, o, paylaşımlarını müvəqqəti olaraq Facebook üzərindən aparırdı.

 

Xalidə Gəray
Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR